BAKI, 20 dekabr. TELEQRAF

Rusiyanın Xalq artisti Filipp Kirkorov bolqarıstanlı görücü Vanqa ilə qohumluq əlaqələrindən danışıb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə iştirak etdiyi “Natalnaya karta” şousunda məlumat verib.

Kirkorov bildirib ki, o, məşhur görücünün ​​ikinci dərəcəli əmisi oğludur.

“Belə bir hadisə olmuşdu: mən uşaq idim və Bolqarıstanda çox ağır xəstələnmişdim. Vəziyyətim çox pis idi, demək olar ki, ölürdüm. Anamla məni Vanqanın yanına apardılar”, — deyə o bildirib.

Kirkorovun sözlərinə görə, Vanqanın etdiyi dualardan və bitkilərlə müalicəsindən sonra o sağalıb. Bundan əlavə, görücü sənətçiyə 27 yaşında evlənəcəyini və həyatındakı bütün vacib qadınların adlarının “A” hərfi ilə başlayacağını söyləyib.

Daha sonra müğənni həyatında mühüm rol oynamış qadınlar sırasında Alla Puqaçovanın, Ani Lorakın, Anastasiya Stotskayanın, Anna Astinin, Anna Netrebkonun və qızı Alla-Viktoriyanın adlarını da çəkib.