Maliyyə Nazirliyi “Qarabağ Toxum” MMC ilə bağlı protokol tərtib edib.

Teleqraf-ın məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərini pozub.

Belə ki, “Qarabağ Toxum” barəsində 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı üçün protokol tərtib edilərək məhkəməyə göndərilib.

Şabran Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 2 min manat məbləğində cərimə olunub.