BAKI, 20 dekabr. TELEQRAF
BAKI, 20 dekabr. TELEQRAF
Gürcüstan Azərbaycanla birgə yeni “İpək Yolu” adlı sərhəd-keçid məntəqəsinin tikintisi məsələsini müzakirə edib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 17-də Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri İrakli Beria Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Görüşdə sözügedən sərhəd buraxılış məntəqəsinin tikintisinin vacibliyi vurğulanıb.
Gürcüstanın Gəlirlər Xidmətinin yaydığı məlumatda bildirilib ki, görüş zamanı sərhəddən keçid zamanı gömrük prosedurlarının sadələşdirilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, “İpək Yolu” birgə sərhəd-keçid məntəqəsinin tikintisi regionda tranzit potensialının inkişafı üçün mühüm şərt hesab olunur.
Görüşdə, həmçinin, Gürcüstan Gəlirlər Xidmətinin rəhbərinin birinci müavini Paata Kiladze, Gömrük Departamentinin rəhbəri Mixeil Çokoşvili, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Arçil Daraxvelidze, Azərbaycanın Gürcüstandakı səfirliyinin iqtisadi katibi Samir Abdurəhimov və gömrük məsələləri üzrə attaşe Vüsal Abilov da iştirak ediblər.