BAKI, 20 dekabr. TELEQRAF
Bu ilin yanvar- noyabr aylarında Azərbaycan 59 milyon 404.41 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 54.8 % artıb.
Hesabat dövründə Azərbaycana 241 milyon 150.06 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə 10.4 % artım deməkdir.
Cari ilin yanvar-noyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ümumi ixracın 0,25%-ni, idxalı isə ümumi idxalın 1,14%-ni təşkil edib.