BAKI, 27 may. TELEQRAF

"Biz proqnozlaşdırıla bilinməyən hadisə ilə çox böyük məbləğin ayrılmasını düşünmürük".

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, fövqəladə halların öncədən proqnozlaşdırılması çox məhduddur:

"Növbəti il ərzində büdcənin icrası zamanı icra edilməyən vəsaitin məbləğinin çox olmaması üçün xüsusi olaraq böyük məbləğ ayrılmır. Lakin istənilən fövqəladə hallarla bağlı tədbirlər zamanı həm dövlət büdcəsinin ehtiyat fondundan, həm də Prezidentin Ehtiyat Fondundan lazımi qədər, artıqlaması ilə vəsait ayrılır. Eyni zamanda bir qrup vəsait digər köməkçi bölmələrimizdən bu istiqamətə ayrıla bilir. Biz proqnozlaşdırıla bilinməyən hadisə ilə bağlı çox böyük məbləğin ayrılmasını düşünmürük".