BAKI, 24 may. TELEQRAF

"Apl Supplies" MMC, "Elit Services 2011" MMC, “A2” MMC, “Bakı şəhər tikinti mexanikləşdirmə” ASC ləğv olunduqlarını elan ediblər.

Teleqraf xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini müvafiq olaraq, AZ1129 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4A ünvanına, AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi̇ küçəsi, ev 221, mənzil 2 ünvanına, AZ1033 Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 5/7, mənzil 31 ünvanına və AZ0100 Bakı şəhəri, Abşeron rayonu, Abşeron QUŞÇuluq Sovxozu ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Bakı şəhər tikinti mexanikləşdirmə” ASC istisna olmaqla, ləğv olunan digər şirkətlərin nizamnamə kapitalları 10 manat təşkil edib:

"Apl Supplies" MMC 2917-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Elgün Vəfa oğludur.

"Elit Services 2011" MMC isə 2011 -ci ildə təsis edilib, qanuni təmsilçisi Babaşov Şöhrət Adışirin oğludur.

“A2” MMC-nin qanuni təmsilçisi Merkulova Qalina Aleksandrovnadır. Şirkət 2021-ci ildə dövlət qeydiyyatına salınıb.

"Bakı şəhər tikinti mexanikləşdirmə” ASC-nin isə qanuni təmsilçisi Mirzəyev Tağı Zeynalabdin oğludur. ASC-nin nizamnamə kapitalı 41 388 manatdır.

Əlavə olaraq onu da bildirək ki, iki şirkət də- "Orxan Şirkəti" və "Az Softvare System" Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiklərini elan ediblər.