BAKI, 24 may. TELEQRAF
2025-ci il aprelin 1-i vəziyyətinə müxtəlif kateqoriyadan olan 401 min 500 şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.
Bir nəfərə düşən orta aylıq məbləğ 142,50 manat olub.
Fəxri adlara görə 4742 şəxsə təqaüd təyin olunub, onlardan bir nəfərə düşən orta aylıq məbləğ isə 152,60 manat olub.
"Xalq" Fəxri adına görə 247, "Əməkdar" Fəxri adına görə isə 4495 şəxsə təqaüd təyin olunub, onlardan bir nəfərə düşən orta aylıq məbləğ müvafiq olaraq 200 və 150 manat olub.
324 şəxsə Fərdi təqaüd təyin olunub, onlardan bir nəfərə düşən orta aylıq məbləğ isə 1500 manat olub.
18 min 235 şəhid ailəsinin hər birinə aylıq 384,44 manatdan Prezident təqaüdü təyin olunub.
Müharibə ilə əlaqədar əlilliyi olan 19 min 520 şəxsə təqaüd təyin olunub, onlardan bir nəfərə düşən orta aylıq məbləğ 385,54 manat təşkil edib.
184 min 574 müharibə veteranına Prezident təqaüdü təyin olunub, onlardan bir nəfərə düşən orta aylıq məbləğ 80 manat təşkil edib.
249 elmlər doktoru elmi dərəcəsi, 1598 fəlsəfə doktoru elmi dərəcəsi olan şəxsə təqaüd təyin olunub, onlardan bir nəfərə düşən orta aylıq məbləğ müvafiq olaraq 500 və 300 manat olub.