BAKI, 23 may. TELEQRAF

Yenikənd Su Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu ilin may ayınadək stansiyada 7 061,5 milyon kilovat saat elekrik enerjisi istehsal edilib.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 25 il əvvəl mayın 23-də Şəmkir rayonunun Qaracəmilli kəndində Yenikənd Su Elektrik Stansiyası işə salınıb. Ümumi gücü 150 MVt olan stansiya hər biri 37,5 MVt gücündə 4 ədəd hidroaqreqatdan ibarətdir.