BAKI, 14 may. TELEQRAF

Bu ilin yanvar-aprel ayları ərzində geri qaytarılan artıq ödənilmiş vəsaitlərin həcmi bəlli olub.

Bu barədə Teleqraf-a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu ilin yanvar-aprel aylarında artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsindən 23 milyon 847,6 min manat geri qaytarılıb.