BAKI, 14 may. TELEQRAF

Azərbaycan Mərkəzi Bankı bu ilin aprel ayının avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.

Teleqraf xəbər verir ki, Mərkəzi Bankın açıqladığı məlumata görə, yuxarı şikayət indeksində (qırmızı zona) 2 sığorta şirkəti, aşağı şikayət indeksində (yaşıl zona) 5 sığorta şirkəti yer alıb.

Orta şikayət indeksində (sarı zona) heç bir şirkət yer almayıb.

İndeksdə 7 sığorta şirkət göstərilib.