BAKI, 19 noyabr. TELEQRAF
Növbəti büdcə ili üzrə isə 0,5 mln.manat vəsait xərc edilərək 232 nəfərin, o cümlədən 36 nəfər dövlət sektorunda, 196 nəfər isə qeyri-dövlət sektorunda olmaqla işlə təmin edilməsi proqnozlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, 2026-cı ilin sonuna əmək yarmarkalarında iştirak edən müəssisələrin sayının 739, təqdim edilən boş iş yerlərinin sayının 3 384, işlə təmin olunanların sayının isə 211 nəfər olacağı gözlənilir. Bu da, 2025-ci ilin icrası ilə müqayisədə müvafiq olaraq 19,3%, 48,9% və 10,6% azdır.