BAKI, 19 noyabr. TELEQRAF
Dünya bazarında qızılın qiyməti 2025-ci il sentyabrın 19-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3700 dollardan aşağı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasının məlumatlarında bildirilib.
Birjanın məlumatına əsasən, qızıl fyuçerslərinin qiyməti 3700 dollar həddindən aşağı enib.