BAKI, 20 noyabr. TELEQRAF

Dünya bazarında qızılın qiyməti kəskin ucuzlaşaraq 2025-ci il sentyabrın 8-dən bəri ilk dəfə bir troya unsiyası üçün 3650 dollardan aşağı düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasının ticarət məlumatlarında bildirilib.

Dekabrda çatdırılma nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti əvvəlcə 2,49 faiz azalaraq 3648,8 dollara enib.

Daha sonra ucuzlaşma sürətlənib və qızılın qiyməti 3 faiz azalaraq bir troya unsiyası üçün 3629,8 dollar təşkil edib.