BAKI, 30 aprel. TELEQRAF

Bu ilin birinci rübündə kredit kartları aparılan əməliyyatların həcmi 2 milyard 343 milyon manat olub.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 453 milyon manat və ya 23,9 faiz çoxdur.

Hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 1 milyard 413 milyon manatı elektron ticarət vasitəsi ilə, 508 milyon manatı POS-terminallar vasitəsi ilə, 350 milyon manatı bankomatlar vasitəsi ilə, 74 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Bu il aprlein 1-nə kredit kartlarının sayı 2 milyon 278 min təşkil edib.