BAKI, 25 aprel. TELEQRAF.

Həyatın yaşam sığortasına yatırımlar artıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının xəbərinə görə, bu ilin yanvar-mart aylarında həyatın yaşam sığortası yığımları 23,5 milyon manat və ya 16,2 faiz artaraq 168,5 milyon manat olub.

2024-cü ilin uyğun dövründə bu göstərici 145 milyon manat olmuşdu.

Hesabat dövründə həyatın yaşam sığortası üzrə ödənişlər isə 11,7 milyon manat və ya 12,2 faiz artaraq 107,4 milyon manat olub.

Həyatın yaşam sığortası sığortalıya müqavilə müddətinin sonunda və ya sığortalının ölümündən sonra nominal dəyəri ödəyən həyat sığortasınım bir növüdür.