BAKI, 16 aprel. TELEQRAF

Bu ilin birinci rübündə “PAŞA Bank” ASC-nin xalis mənfəəti 44.017 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu ötən ilin uyğun dövrü ilə müqayisədə 13,9 faiz azdır.

2024-cü ilin birinci rübündə bankın xalis mənfəəti 51,123 milyon manat olmuşdu.

“PAŞA Bank”ın əməliyyat mənfəətinin həcmi illik müqayisədə isə 4.5 faiz azalaraq 61.372 milyon manata geriləyib.

Bankların cəmi aktivlərinin həcmi 8 milyard 248.111 milyon manat, cəmi öhdəlikləri 7 milyard 290.259 milyon manat və cəmi kapitalı isə 957.853 milyon manat olub.