
BAKI, 18 mart. TELEQRAF
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 2 milyard 204 milyon 913.28 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, İtaliyaya ixrac ümumi ixracın 46,26%-ni təşkil edib və bu ölkə Azərbaycanın xarici ticarətində əsas ixrac tərəfdaşı olub.
Hesabat dövründə Türkiyə Azərbaycandan 573 milyon 304.08 min dollar (ümumi ixracın 12,03%-i), Almaniya 284 milyon 927.66 min dollar (ümumi ixracın 5,98%-i), Çexiya 224 milyon 503.33 min dollar (ümumi ixracın 4,71%-i), Xorvatiya isə 188 milyon 199.24 min dollar (ümumi ixracın 3,95%-i) dəyərində məhsul idxal edib.