BAKI, 10 mart. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə mart fyuçerslərinin dəyəri 0,06% artaraq 2,915.97 ABŞ dollarına bərabər olub.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,25% artaraq 32.890 ABŞ dolları təşkil edib.