
BAKI, 10 mart. TELEQRAF
Dövlət Turizm Agentliyi aprelin 28-də Dubayda keçiriləcək “ATM Dubai 2025" turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlı açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderdə stendin döşəmə və strukturunun hazırlanması, qrafik işlər, mebellərin quraşdırılması, işıqlandırma işləri və keyterinq xidmətləri görülməsi nəzərdə tutulur,
Tenderin ehtimal olunan qiyməti isə 407 min 82 manatdır. Təkliflərin son təqdimolunma tarixi aprelin 10-dur. Zərflərin də həmin gün açılması planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin martın 4-də imzaladığı sərəncamla Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.