BAKI, 10 mart. TELEQRAF

“Azərişiq” Açıq Səhmdar Cəmiyyəti Kəlbəcər rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin dairəvi elektrik təchizatını təmin etmək məqsədilə tender elan edib.

Teleqraf xəbər verir ki, layihə çərçivəsində, İstisu-Sanatoriya marşrutu boyunca 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur. Layihənin ümumi qiyməti 3 milyon 440 min 107,84 manat təşkil edir.

Təkliflər 18 aprelədək dəyərləndiriləcək. Zərflərin açılması da həmin vaxtda həyata keçiriləcək.