​​​BAKI, 7 mart. TELEQRAF

"Algoritma" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Teleqraf xəbər verir ki, lisenziya Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 dekabr 2024-cü il qərarı ilə verilib.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir.

Hazırda Azərbaycanda 16 elektron pul təşkilatı fəaliyyət göstərir.