
BAKI, 28 fevral. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyada keçiriləcək Xorvatiya – Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün həmkarlarla birlikdə Xorvatiyaya işgüzar səfərimiz başlayır. Səfər çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparacağıq, həmçinin Xorvatiya – Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəyik", - o, qeyd edib.