BAKI, 28 fevral. TELEQRAF

Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin Bakı Ali Neft Məktəbində təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Dövlət Neft Şirkətindən (SOCAR) Teleqraf-a verilən məlumata görə, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəfin Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşü zamanı müzakirə edilib.

Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılmasına qərar verilib.