
GƏNCƏ, 28 fevral. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı inflyasiya gözləntilərini açıqlayıb.
Teleqraf-ın məlumatına görə, Mərkəzi Bankın Pul Siyasəti İcmalında qeyd edilir ki, inflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişir.
“2024-cü ilin dekabrında həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən qarşıdakı 3 aylıq dövrdə sahələr üzrə nisbətən yüksək qiymət gözləntisi xidmət və tikinti sektorunda qeydə alınıb”.
İcmalda qeyd edilir ki, digər sektorlardan ticarət üzrə gözləntilər mənfi zonada qalmağa davam edib. “Sənayenin qeyri-neft-qaz sektorunda il ərzində dəyişkənlik müşahidə edilmiş və gözləntilərdə mənfi zonadan müsbət zonaya keçid olub”, - deyə sənəddə bildirilir.