BAKI, 28 fevral. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,42% azalaraq 3.9176 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri isə 0.06% artaraq 45,25 avroya bərabər olub.