BAKI, 28 fevral. TELEQRAF

Prezident İlham Əliyev fevralın 28-də çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 9.940,0 (doqquz milyon doqquz yüz qırx) min manat şəhər və rayon icra hakimiyyətlərinə ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.