
BAKI, 27 fevral. TELEQRAF
Ötən ayın sonuna Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 709 milyon manat təşkil edib.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, portfeldə əsas pay sahibi iri sahibkarlıq subyektləridir. Belə ki, biznes kreditlərinin 56 faizi – 8 milyard 255,7 milyon manatı iri sahibkarlara ayrılıb. Bu, ötən ilin sonu ilə müqayisədə 41,6 milyon manat və ya 0,5 faiz azdır.
Orta sahibkarlıq subyektlərinə 31,4 milyon manat çox - 1 milyard 855.4 milyon manat biznes krediti verilib.
Kiçik sahibkarlıq subyektlərinə 8,3 milyon manat az - 1 milyard 540,3 milyon manat biznes krediti verilib
Mikro sahibkarlıq subyektlrinə də 58,8 milyon manat az - 3 milyard 48,5 milyon manat biznes krediti ayrılıb.
Sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi meyarları onların işçilərinin siyahı sayı və illik gəliri əsasında müəyyən olunur.
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları
Sahibkarlıq subyektlərinin |
İşçilərinin orta siyahı sayı |
İllik gəliri (ig) |
Mikro sahibkar |
1 - 10 |
ig ≤ 200 |
Kiçik sahibkar |
11 - 50 |
200 < ig ≤ 3 000 |
Orta sahibkar |
51 - 250 |
3 000 < ig ≤ 30 000 |
İri sahibkar |
251 və ondan yuxarı |
30 000 < ig |