BAKI, 20 fevral. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Muxtar oğlu Kəngərli vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Muxtar Respublika Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Digər sərəncamla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası qurumun rəis müavini Tural Rasim oğlu Abdulzadəyə həvalə edilib.