
BAKI, 15 fevral. TELEQRAF
Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatların açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin adını açıqlayıb.
Teleqraf xəbər verir ki, Xidmətin açıqladığı siyahıya yalnız 2 sığorta şirkəti - “Paşa Holding”-in törəmə şirkətləri “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” ASC-lər girməyi bacarıb.
“Paşa Həyat Sığorta” 24,6 milyon manatla 55-ci yerdə, “Paşa Sığorta” isə 14,8 milyon manatla 76-cı yerdə qərarlaşıb.
Siyahıda büdcə təşkilatları yer almayıb.