
BAKI, 14 fevral. TELEQRAF
Sığortanın cəmiyyətdə daha geniş yayılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi də aktualdır.
Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən Azərbyacan Maliyyə Forumunda Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib.
O, deyib ki, sığortanın yalnız bir öhdəlik kimi deyil, həm də maliyyə təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qəbul edilməsi vacibdir: “İnsanların və bizneslərin bu sahəyə daha çox maraq göstərməsi üçün yeni həllər və innovativ yanaşmalar üzərində işləmək lazımdır”.
2024-cü ilin nəticələrinə əsasən, sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib.