
BAKI, 14 fevral. TELEQRAF
Mərkəzi Bank nəzdində innovativ hub-ın yaradılmasını, bank hesablarının məsafədən açılması prosedurunun təkmilləşdirilməsini, habelə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazasının formalaşdırılmasını zəruri hesab edirik.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O, bu addımın ümumən ekosistemdə rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün cari ildə Ani Ödənişlər Sistemindən daha aktiv nüvə komponenti olaraq istifadə edilməsi, innovativ həllərin tətbiqi üzrə düzgün planlaşdırmanın aparılması və real məhsulların tətbiqinin təşviqi üçün vacib olduğunu deyib.