BAKI, 14 fevral. TELEQRAF

Maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb.

Teleqraf xəbər verir ki, Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Azərbaycan Maliyyə Forumunda bildirib ki, bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılıb. Artıq 21 müraciət qeydə alınıb və onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbul edilib.

“Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir”, - deyə o, bildirib.