BAKI, 14 fevral. TELEQRAF

Bu gün Bakıda Azərbaycan Maliyyə Forumu keçirilir.

Teleqraf xəbər verir ki, forum iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, eləcə də, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanlarının, maliyyə sektorundakı qanunvericilik və tənzimləmələrin təkmilləşdirilməsinin, bu əsasda ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışların müzakirə edildiyi platforma olmaq məqsədi daşıyır.

Forum Banklar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Sığortaçılar Assosasiyası, Fintex Assosiasiyası, Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunur.