"Biz bütün TANAP və TAP tipli irihəcmli layihələrdə ekoloji məsələləri qoyuruq".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Ətraf Mühitin Mühafizəsi üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib. SOCAR rəsmisi bildirib ki, gələn ildən başlayaraq neft tullantıları ilə çirklənmiş ərazilərdə daha geniş təmizləmə işləri aparılacaq:

" 2016 - cı ildə Qaradağ rayonunda daha böyük tullantı mərkəzi istifadəyə veriləcək. Hazırda tikinti işləri davam etdirilir. Bu mərkəz bizə imkan verəcək ki, çirklənmiş torpaqların hamısı ora aparılmaqla təmizlənəcək. Təmizləmə prosesindən sonra gətirilib həmin ərazilərə yenidən qaytarılacaq".

Rəfiqə Hüseynzadə SOCAR-ın Azərbaycan şirkəti olaraq, dünya miqyasında böyük uğura imza atdığını bildirib:
"Biz şamda yandırılan qazın miqdarının 2 faizinə endirdik. Bu böyük uğur idi. Buna görə də Azərbaycan 0 strategiyası üzrə dünyada ilk beşliyə düşüb. Biz hazırda da beşinci yerdəyik".

İLHAMƏ