BAKI, 22 may. TELEQRAF

Azərbaycan Boks Federasiyası (ABF) "World Boxing"ə üzv olub.

Teleqraf ABF-nin rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq qurum üzvlüyü bu gün təsdiqləyib.

"World Boxing" (Dünya Boksu) 2023-cü il aprelin 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boksa cavabdehlik daşıyır.