BAKI, 15 dekabr. TELEQRAF
“Dünya çempionluğunu gözləyirdik. Sübhanın gələcəkdə olimpiya çempionu olacağına inanırıq”.
Teleqraf xəbər verir ki, bu sözləri dünya çempionu olan ən gənc Azərbaycan boksçusu Sübhan Məmmədovun şəxsi məşqçisi Mehman Quliyev jurnalistlərə açıqlamasında deyib.
“Sübhan çempion olaraq himnimizi səsləndirdi, bayrağımızı dalğalandırdı, bunun qürurunu yaşayırıq. O, bu perspektivi kiçik yaşlarından göstərirdi. Dünya çempionu olaraq həmin ümidləri doğrultdu”, - deyə məşqçi qeyd edib.