BAKI, 14 may. TELEQRAF

Məşhur azərbaycanlı idmançı Rafael Ağayev əməliyyat olunub.

Teleqraf xəbər verir ki, bu barədə karate üzrə olimpiya mükafatçısı sosial şəbəkə hesabında paylaşım edib.

Tanınmış idmançı eyni gündə 2 dəfə əməliyyat olub. O, burnundakı çəpər əyriliyinə və sol əlindəki 3 qırıq sümüyə görə əməliyyat edilib.

İdmançının hər iki əməliyyatı uğurla keçib.

Qeyd edək ki, 40 yaşlı idmançı dəfələrlə dünya və Avropa çempionatının qalibi adını qazanıb.