
Kataloniya klubu sabah yarımmüdafiəçisi Serxio Busketslə müqaviləni yeniləyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə klubunun rəsmi saytı məlumat yayıb. Yeni sazişə əsasən, ispan futbolçu 2019-cu ilə kimi "Barselona"nın şərəfini qoruyacaq. Həmçinin müqavilədəki bəndlərdən birinə görə, o, sözügedən müddət bitdikdən sonra daha bir il komandada qala bilər.
Maliyyə detalları tam olaraq açıqlanmasa da, İspaniya mətbuatında yayılanlara inansaq, Busketsin sərbəst qalma məbləği 150 milyon avro olacaq.
2008-ci ildə əsas komandada debüt edən Buskets "Barselona" forması ilə 312 matçda meydana çıxıb.
Rüstəm