Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün hazırlıq prosesində son yoldaşlıq oyununu keçirib.

Teleqraf.com AFFA-ya istinadən məlumat verir ki, Norveçin “Konnerud” klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb.

Elvin İmanlının dubl etdiyi oyunda hərəyə 1 dəfə Hacı Hacıyev və Bahadur Həziyev fərqlənib.