Fransanın paytaxtı Paris şəhəri 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər. Şəhər rəhbərliyi bu məsələ ilə bağlı danışıqlar aparır.

Yekun qərar 2015-ci ilin iyununda qəbul ediləcək. Teleqraf.com “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, Olimpiadanın keçiriləcəyi şəhər 2017-ci ildə seçiləcək. Ərizələrin qəbulu bu il sentyabrın 15-dən başlayaraq

2016-cı ilin aprel-may aylarınadək davam edəcək.Boston və Roma şəhərləri artıq öz namizədliklərini irəli sürüblər. Mart ayında isə Almaniya Olimpiya Komitəsi Berlinin, yaxud Hamburqun namizəd kimi irəli sürülməsini qərara alacaq.