
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və məkanı müəyyənləşib.
Publika.az xəbər verir ki, millimiz elit-raundda ilk oyununu ev sahibi Fransaya qarşı keçirəcək.
U-19 Avropa çempionatı, elit-raund
26 mart
22:30 Fransa - Azərbaycan
Sent-Lo. "Luis Villemer" stadionu.
28 mart
21:30 İngiltərə - Azərbaycan
Baye. "Henri Janna" stadionu.
31 mart
22:00 Azərbaycan - Danimarka
Flers. "Stad de Haze" stadionu.