GƏNCƏ, 18 oktyabr. TELEQRAF

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Aygül Həsənova, 2021-ci il təvəllüdlü Uğur Məmmədli və 2023-cü il təvəllüdlü Nilay Məmmədli müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.