BAKI, 18 oktyabr. TELEQRAF
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində baş verib.
"Hyundai", "Audi" və 2 "KİA" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 5 nəfər xəsarət alıb. Xəsarət alanlar - 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü 2001 Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təcəllüdlü Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakla bağlı araşdırma aparılır.