AĞDAŞ, 18 oktyabr. TELEQRAF

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayon mərkəzində, Müşfiq İsayev küçəsində baş verib. İşıqforun işləməməsi "Qazel" markalı kiçik tutumlu yük maşınının "Vaz 2106" markalı avtomobillə toqquşmasına səbəb olub.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1987-ci il təvəllüdlü İsmayılov Tural Yaşar oğlu və 1956-cı il təvəllüdlü İsayev Müşfiq Ağalı oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.