AĞDAŞ, 18 oktyabr. TELEQRAF
Bakı-qazax yolunda avtoqəza baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə magistralın Ağdaşın Əmirarx kəndi yaxınlığından keçən hissəsində baş verib.
Yük maşını idarəetmədən çıxaraq magistral yolun kənarındakı nişanla toqquşub.
Zərbənin təsirindən qopan nişan hərəkətdə olan digər avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan bir nəfər şəxsə yerindəcə zəruri tibbi yardım edilib, 1979-cu il təvəllüdlü digər yaralı Qurbanov Tariyel Ramiz oğlu isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.