GORANBOY, 16 oktyabr. TELEQRAF
Goranboy rayonunda odlu silahla qətl törədən şəxs saxlanılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonunun Bağçakürd kəndində 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində Orxan Həsənov saxlanılıb.
O. Həsənovun əqli qüsurlu olduğu bildirilir.
***
13:32
Goranboy rayonunda silahlı insident olub, bir nəfər ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Bağçakürd kəndində məktəbin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, ov tüfəngindən açılan atəş nəticəsində Qələndər Muradov qətlə yetirilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.