YEVLAX, 18 oktyabr. TELEQRAF

Yevlax şəhərində beş nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"Mercedes" markalı sərnişin avtobusu, "VAZ-2107" və daha üç minik avtomobilinin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Sərvan Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.