BAKI, 20 oktyabr. TELEQRAF

Astara rayonunda evində pilləkəndən yıxılan kişi ölüb.

Teleqraf xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Kənd sakini Şirvanov Qurbanəli Meco oğlu yaşadığı fərdi yaşayış evində pilləkəndən yıxılaraq ölüb.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.