BAKI, 2 avqust. TELEQRAF
Saat 01:30 radələrində 3 nəfər (2-i qadın, 1-i kişi cinsli olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara başın çapılmış və boynun küt travması diaqnozu təyin edilib.
Pasiyentlər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Gəncədə yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunublar.
***
22:28
GƏNCƏ, 1 avqust. TELEQRAF
Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "VAZ 21015" markalı avtomobillə "KİA" markalı avtomaşının toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Vəsilə Nəbiyeva, onun bacısı 1991-ci il təvəllüdlü Mədinə Əliyeva və daha bir nəfər - 2002-ci il təvəllüdlü Sami Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.