GÖYÇAY, 16 dekabr. TELEQRAF

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, idarəetmədən çıxan motosiklet yol kənarında dayanan avtomobilə çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü motosikletçi Rəşad Abdullayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.